Serbiyada hökumətə qarşı miqyaslı nümayiş təşkil edildi
Serbiyada hökumətə qarşı miqyaslı nümayiş təşkil edildi

Serbiyada hökumətə qarşı miqyaslı nümayiş keçirildi.

Minlərcə aktivist Belqradda prezident Aleksandr Vuçiçin siyasətinə qarşı çıxdı. Nümayişçilər azad medianı tələb etdilər və müxalifətçilərə hücumları pislədilər.

Hökumətə qarşı miqyaslı nümayişlər Serbiyada artıq altıncı həftədir keçirilir. Etiraza səbəb müxalifətçi Borko Stepanoviçə qarşı hücum oldu.

Növbəti etiraz aksiyası yanvarın 16-da planlaşdırılıb.