Yunanistanda baş verən yanğınla bağlı Gürcüstan vətəndaşları səfirlik ilə qaynar xəttdən əlaqə saxlaya bilər +306995779793
Yunanistanda baş verən yanğınla bağlı Gürcüstan vətəndaşları səfirlik ilə qaynar xəttdən əlaqə saxlaya bilər +306995779793

Gürcüstan səfirliyi Afinada fövqəladə rejimdə çalışır.

Yunanistanda baş verən yanğınla bağlı Gürcüstan vətəndaşları səfirlik ilə qaynar xəttdən əlaqə saxlaya bilər +306995779793.

Səfirliyin bəyanatında qeyd olunur ki, səfirlik bütün zənglərə təcili sürətdə cavab verəcək.

Dünən gecə səfirliyə üç Gürcüstan vətəndaşı yardım üçün müraciət etdi və onlara yardım edildi. Onlardan birini isə, konsulluğun əməkdaşları yanğın zonasından çıxartdılar.

Yerli medyanın məlumatına görə, Yunanistanda Afinanın yaxınlığında meşədə baş verən yanğın nəticəsində ölənlərin sayı 50-yə qədər artdı.