Yunanistanda üç günlük matəm elan olundu
Yunanistanda üç günlük matəm elan olundu

Yunanistanın baş naziri Aleksis Tsipras ölkədə üç günlük matəm elan etdi.

Baş nazirin dediyinə görə, təbii fəlakətlə mübarizə davam edir.

Xatırladaq ki, meşə yanğınlarına görə, Yunanistanda son göstəricilərə əsasən, 60-dan artıq insan həlak oldu, yüzlərlə insan isə, xəsarət aldı.

Avropa İttifaqının üzv ölkələri Yunanistana yanğın ilə mübarizə üçün yardım təklif etdilər.