Yunanistanda yanğın nəticəsində ölənlərin sayı 50-yə qədər artdı [Foto/Video]

Yunanistanda Afina şəhərinin yaxınlığında, meşədə baş verən yanğın nəticəsində ölənlərin sayı 50 qədər artdı, – bu barədə məlumatı yunan medyası yayır.

Ona qədər isə, Yunanistanın ERT media-şirkəti 69 zərər görən və 24 həlak olan haqqında məlumat yaydı. Daha sonra, məlum oldu ki, Rafin şəhərinin yaxınlığında yenə 26 nəfərin cəsədi tapıldı. Qeyd olunan məlumatı şəhərin meri də təsdiqləyir.

Yunanistanda son bir neçə gündür hava tepmeraturu 40 dərəcədən aşağı düşmür.

Dünən Afina şəhərinin yaxınlığında, yanğın eyni zamanda neçə mənbədən çıxdı.

Yanğının yayılmasına külək də səbəb oldu.

Yunanistan iqtidarı beynəlxalq ictimaiyyətə müraciət edərək, yanğınla mübarizə üçün yardım istədi.