Yohanes Han - Aİ Gürcüstan üçün ən iri ticari partnyordur və görünür ki, 2017-ci ildə bu partnyorluq daha da böyüyəcək
Yohanes Han - Aİ Gürcüstan üçün ən iri ticari partnyordur və görünür ki, 2017-ci ildə bu partnyorluq daha da böyüyəcək

Gürcüstan tərəfindən assosiyasiya müqaviləsinin yerinə yetirilməsi haqqında Avropa İttifaqının hesabatına Avrokommimisar Yohanes Han əks səda verir. Müvafiq bəyanat Avropa Kommisiyasının veb səhifəsində dərc olunub.

Yohanes Han qeyd etdi ki, Avropa İttifaqı assosiyasiya müqaviləsinin həyata keçirilməsində müsbət nəticələr görür.

“Aİ-Gürcüstan assosiyasiya müqaviləsinin yenilaşmiş gündəmi 2020-ci ilədək birgə işlər üçün prioritetlərin paraktiki çərçivəsini verir. Aİ-nin standart və requlasiyalarına yaxınlaşma Gürcüstana daha artıq imkan verəcəkdir ki, beynəlxalq bazarın iştirakçısı olsun.

Aİ Gürcüstan üçün ən iri ticari partnyordur və görünür ki, 2017-ci ildə bu partnyorluq daha da böyüyəcək”, – Yohanes Han bəyan etdi.

Avropa Kommisiyası Gürcüstan tərəfindən assosiyasiya müqaviləsinin yerinə yetirilməsi haqqında hesabat dərc etdirdi. Hesabat 2016-cı ilin dekabrından 2017-ci ilin sonuna qədər dövrü əhatə edir.