Avropa Kommisiyasının hesabatı - Gürcüstan bölgədə ən mühüm strateji partnyorluq mövqesini tətbiq etdi
Avropa Kommisiyasının hesabatı - Gürcüstan bölgədə ən mühüm strateji partnyorluq mövqesini tətbiq etdi

Gürcüstan islahatların həyata keçirilməsi baxımından göstərilmiş səylər və Avropa İttifaqı ilə əməkdaşlığın sonrakı inkişafı cəhdi nəticəsində, bölgədə ən mühüm strateji partnyorluq mövqesini tətbiq etdi, – bu haqqda Avropa Kommisiyasının hesabatında deyilir. Hesabat 2016-cı ilin dekabrından 2017-ci ilin sonuna qədər dövrü əhatə edir.

Hesabatda qeyd olunubdur ki, Gürcüstan və Aİ arasında əlaqələr 2017-ci ildə daha da intensiv oldu. Bu baxımından Gürcüstan və Aİ arasında vizasız gediş gəliş rejiminin tədbiq olunması xüsusi ilə qeyd olundu. Həmçinin hesabtda Gürcüstanın enerji birliyinə üzv olmasından söhbət edilir.

Sənədə uyğun olaraq, Gürcüstan, islahatların həyata keçirilməsi baxımından göstərilmiş səylər və Avropa İttifaqı ilə əməkdaşlığın sonrakı inkişafı cəhdi nəticəsində, bölgədə ən mühüm strateji partnyorluq mövqesini tətbiq etdi.

Hesabatda deyilir ki, 2016-ci il parlament seçkiləri ölkənin Aİ-ə doğru orientasiyasını sübut edir.

Sənəddə həmçinin xüsusi ilə qeyd edilir ki, 2016-cı ildə Aİ Gürcüstanın ən böyük ticari partnyoru oldu (27% ixrac və 31% idxal).

Hesavata müvafiq olaraq, təhlükəsizlik, terrorizm və transsərhəd cinayətlarlığa qarşı mübarizə sahəsində Gürcüstan Aİ-nin önəmli partnyoru olaraq qalır. Assosiyasiya haqqında razılaşma və asossiasiyanın gündəminin uğurla həyata keçirilməsi üçün Aİ maliyyə və ekspert yardımını göstərəcək.

Konstitusiya islahatı ilə əlaqədar hesabatda Venesiya Kommisiyasının nəticəsinə diqqət yetirilir. Hakimiyyət tərəfindən milli azlıqların inteqrasiyası baxımından atlmış addımlar, hesabatda  müsbət dəyərləndirilir.

Sənəddə deyilir ki, cəzaicrası müəssisələrində qeyri müvafiq davranışlar faktları hiss olunacaq dərəcədə azalıb. Hesabatda, Gürcüstanda mövcud mediya mühit, pluralist və dinamikli olaraq dəyərləndirilib.

Korrupsiya ilə mübarizəyə gəldikdə, sənədə uyğun olaraq, Gürcüstan, beynəlxalq reytinqdə irəlidə olan  yerləri sabit olaraq qoruyub saxlayır.

Sənədədə, Aİ-nin Gürcüstanın ərazi bütövlüyünə dəstəyi xüsusilə qeyd olunubdur. Personal göstəricilərin müdafiəsinin nəzərətçi orqanı effektli fəaliyyətini davam etdirir.