Yens Stoltenberq - Gürcüstanın NATO-ya üzv olması qərarını 29 müttəfiq qəbul etməlidir, buna heç kim qarışa bilməz
Yens Stoltenberq - Gürcüstanın NATO-ya üzv olması qərarını 29 müttəfiq qəbul etməlidir, buna heç kim qarışa bilməz

Gürcüstan və Ukraynanın NATO-ya üzv olması qərarını 29 müttəfiq qəbul etməlidir, bu prossesə heç kim qarışa bilməz, –  bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Kanadanın Halifaks şəhərində keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında nitqlə çıxış edərkən bəyan etdi.

Onun sözlərinə görə, NATO-nun qapısı yeni üzvlər üçün açıqdır. Stoltenberqin dediyinə görə, bunun sübutudur ki, soyuq müharibədən sonra aliyansın üzvləri ikiqat oldu və NATO-ya yeni üzv, Monteneqro qoşuldu.

“NATO-nun tamhüquqlu üzvü olmaq üçün, standartlara cavab verməlisən. Gürcüstan və Ukrayna islahatlara diqqət yetirilər ki, bunun da məqsədi müdafiə institutlarının möhkəmləndirilməsi, korrupsiya ilə mübarizə və demokratiyanın gücləndirilməsidir.

NATO Gürcüstan və Ukraynaya islahatların gücləndirilməsində yardım edir. Yekunda isə, onların Aliyansa üzv olması qərarını 29 müttəfiq qəbul etməlidir. Bu prossesə və qərara heç kim qarışa bilməz”, – Yens Stoltenberq bəyan etdi.

Halifaks şəhərində keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransı noyabrın 19-na qədər davam edəcək.