Türkiyə prezidenti NATO-nun baş katibini qəbul etdi
Türkiyə prezidenti NATO-nun baş katibini qəbul etdi

Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi, Yens Stoltenberi qəbul etdi.

“Anadolu” türk nəşrinin məlumatına görə, aliyansın baş katibi və Türkiyə prezidenti arasında qapalı qapılar arxasında görüş bir saatdan artıq davam etdi.

Yayılan məlumata görə, görüşdə Türkiyə və aliyans əlaqələri və bölgədə mövcud durum barəsində söhbət edildi.

Aliyansın baş katibi Türkiyəyə NATO missiyalarında kontribusiya və pandemiya dövründə aliyansın müttəfiq ölkələrinə dəstəyinə görə təşəkkürünü bildirdi. Yens Stoltenberq bir daha qeyd etdi ki, Aralıq Dənizində insidentlər risklərinin azaldılması üçün yaradılan mexanizmləri alqışlayır.

Yayılan məlumata görə, Yens Stoltenberq və Rəcəb Tayyib Ərdoğan Qarabağda mövcud vəziyyət barəsində də söhbət etdilər.