Vladimer Putin Suriyada "Xmeymimzi" hərbi bazasındadır
Vladimer Putin Suriyada "Xmeymimzi" hərbi bazasındadır

Rusiya prezidenti gözlənilməyən səfərlə Suriyaya getdi. Vladimer Putin “Xmeymimzi” hərbi bazasındadır. Rus mediyasının məlumatına görə, Rusiya prezidenti Suriyadan hərbiçilərin çıxarılması əmrini verdi. Latakiya əyalətindəki rus hərbi bazasında Vladimer Putin ilk dəfədir.

Hərbiçilərlə söhbəti zamanı Putin bəyan etdi ki, rus hərbiçiləri vətənə qalib gəlmiş dönürlər.

Rusiya Silahlı Qüvvələri suriya müharibəsinə 2015-ci ildə, Suriya prezidenti Bəşər Əl Əsədin müraciəti əsasında qoşuldu.