Vizasız rejim barəsində Xarici İşlər Nazirliyi əhali ilə görüşlərə başlayır
Vizasız rejim barəsində Xarici İşlər Nazirliyi əhali ilə görüşlərə başlayır

Gürcüstan Xarici İşlər Nazirliyi Avropa İttifaqı ilə vizasız gediş-gəliş barəsində informasiya kampaniyasının üçüncü dalğası çərçivəsində əhali ilə görüşlərə başlayır.

Birinci Kanala Xarici İşlər Nazirliyi bildirdilər ki, informasiya kampaniyası çərçivəsində ilk görüş İmereti bölgəsində keçiriləcək.

Nazirliyin əməkdaşları və ekspert dairələri nümayəndələri 2018-ci ilin 5-6 mart tarixlərində Kutaisi, Samtrediya, Vani, Tercola, Tğibuli və Sğaltuboya gedəcəklər.

Əhali ilə görüş çərçivəsində ekspertlər və nazirliyin nümayəndəlri Gürcüstan vətəndaşlarını Avropa İtiifaqı ilə, şengen zonasında hərəkət qaydaları ilə tanış edəcəklər və bu qaydaların pozulması təqdirində gözlənilən risklər barəsində söhbət edəcəklər.

İnformasiya kampaniyasının üçüncü dalğası çərçivəsində əhali ilə görüşlər bütün Gürcüstan miqyası ilə 50-dən artıq məntəqədə keçiriləcək.