Vəkilin məlumatına görə, Soso Kutateladzenin qətli işi üzrə yaxalanana qarşı ittiham irəli sürüldü
Vəkilin məlumatına görə, Soso Kutateladzenin qətli işi üzrə yaxalanana qarşı ittiham irəli sürüldü

Keçmiş deputat, general Soso Kutateladzenin qətli işi üzrə yaxalananın vəkili, Aleksandre Kobaidze bəyan edir ki, onun müdafiə etdiyinə qarşı ittiham Gürcüstan CM-nin 236-cı maddəsi ilə irəli sürüldü. Bu barədə vəkil Birinci Kanala bildirdi.

Vəkilin açıqlamasına görə, istintaq idarəsi yaxalanın evində axtarış apardı və güllələr aşkar etdi.

Yaxalanana qarşı irəli sürülən ittiham odlu silahın qeyri qanuni əldə olunması-saxlanılmasını nəzərdə tutur.

Baş verənlər üzrə istintaq iki maddə ilə – 236-cı və 108-ci maddələrlə aparılır.