Rustavi və Tbilisidə Giorgi Çanturaiyanın və həyat yoldaşının evlərində axtarış aparılır
Rustavi və Tbilisidə Giorgi Çanturaiyanın və həyat yoldaşının evlərində axtarış aparılır

Soso Kutateladzenin qətli işi üzrə yaxalanan və sonralar azad olunan Giorgi Çanturaiyanın və həyat yoldaşının, Rustavi və Tbilisidəki evlərində bu dəqiqələrdə axtarış aparılır.

Birinci Kanalın jurnalistinin verdiyi məlumata görə, Tbilisidə Mxseta keçəsində Giorgi Çanturaiyanın və həyat yoldaşının evinə ekspert-kriminalistlər bir neçə dəqiqə bunan əvvəl getdilər.

Rustavidə, Kazbeqi küçəsində Giorgi Çanturaiyanın evini birinci dəfə yanvarın 16-da yoxladılar və oradan silah və güllələr çıxardılar.

Bundan başqa, yanvarın 17-də, Tbilisidə Mxseta keçəsində Giorgi Çanturaiyanın və həyat yoldaşının evində axtarış aparıldı. Vəkilin dediyinə görə, qanuna zidd əşya çıxarılmayıb.

DİN, Soso Kutateladzenin qətli işi üzrə yaxalanan Giorgi Çanturaiyanı yanvarın 18-də, ittiham irəli sürülmədən azad etdi.