"İstanbul Bazarının" payçılarından birinin oğlu - Kutateladze mənə dedi ki, Giorgi Çanturaiya ilə münaqişəsi var idi
"İstanbul Bazarının" payçılarından birinin oğlu - Kutateladze mənə dedi ki, Giorgi Çanturaiya ilə münaqişəsi var idi

“İstanbul Bazarının” payçılarından birinin oğlu, David Bluaşvilinin bəyanatına görə, Soso Kutateladze görüşlərin birində ona dedi ki, Giorgi Çanturaiya ilə münaqişəsi var idi.

David Bluaşvilinin jurnalistlərə bildirdiyinə görə, Soso Kutateladze və Giorgi Çanturaiya arasında münaqişə bazar sahəsinə görə idi.

“Mənim Kutateladze ilə dost, partnyor əlaqəm var idi. Ayda bazar işinə görə, təxminə bir iki dəfə görüşürdüm. Son dəfə görüçərkən mənə dedi ki, Giorgi Çanturaiya ilə münaqişəsi var idi. Bu hansısa yerlərin mübahisəsinə aid idi. Bilirəm ki, Soso bu münaqişəyə görə, narahat idi”, – Bluaşvili bəyan etdi.

Bluaşvilinin bildirdiyinə görə, Kutateladze ona dedi ki, Giorgi Çanturaiyanı hətta öz kabinetindən qovaladı.

Onun dediyinə görə, istintaq onu artıq dindirdi.