Varlam Liparteliani Elmar Qasımovu məğlub etdi (Video)

Bakıda keçirilən Dzyudo üzrə Dünya Çempionatında, gürcü dzüdoçusu Varlam Liparteliani Azərbaycanlı rəqibi Elmar Qasımovla qarşılaşdı.

Elmar Qasımov 100 kq. çəkisində Olimpiya gümüş medalının sahibidir. Varlam Liparteliani isə, 90 kq. çəkisində gümüş medal sahibidir.

Liparteliani və Qasımov keçən ilki dünya çempionatında da qarşılaşmışdılar və görüş Lipartelianinin qələbəsi ilə başa çatmışdı.

Çempionların bu ilki qarşılaşmaları “qızıl ballara” qədər çatdı, ancaq Gürcüstan yığmasının kapitanı yaxşı tanıdığı rəqibini bu səfər də məğlub etdi.

Gürcü dzyudoçusunun növbəti rəqibi Misirli Ramadan Darviş olacaq.