Dzyudo üzrə olimpiya çempionu David Xaxaleişvili vəfat etdi
Dzyudo üzrə olimpiya çempionu David Xaxaleişvili vəfat etdi

Gürcü dzyudosunun əfsanəsi, olimpiya çempionu, Avropanın üçqat çempionu və bir neçə dəfə dünya mükafatçısı David Xaxaleişvili vəfat etdi.

O, Gürcüstan bayrağı altında Olimpiyadanı qazanan (1992-ci il) ilk gürcü dzyudoçusudur.

David Xaxaleişvilinin ürək problemləri var idi. Ona az öncə Minskdə əməliyyat edildi. Halbuki nə əməliyyat arzu olunan nəticə verdi və nə də həkimlər onu xilas edə bildilər.