Gürcüstan cüdoçular yığmasının baş məşqçisi və komandanın iki üzvündə koronavirus təsdiq olundu
Gürcüstan cüdoçular yığmasının baş məşqçisi və komandanın iki üzvündə koronavirus təsdiq olundu

Gürcüstan cüdoçular yığmasının baş məşqçisi, Laşa Quceciani “Estafeta” idman tok şousunun efirində telefon söhbəti zamanı təsdiq etdi ki, onun testi müsbət cavabı göstərdi.

Laşa Quceciani deyir ki, onun və iki cüdoçunun, İliya Sulamanidze və Onise Saneblidzenin sağlamlıq vəziyyəti sabitdir və hər üç halda virus simptomsuz keçir.

Laşa Qucecianinin bəyan etdiyinə görə, gələn həftə onlara təkrar test ediləcək və mənfi cavab təqdirində onların hər üçü yığmaya qayıdacaq.