Vaxtanq Maxaroblişvili - sığınacaq axtaran vətəndaşların bir hissəsi təəssüflər olsun ki, kriminala qoşulubdur
Vaxtanq Maxaroblişvili - sığınacaq axtaran vətəndaşların bir hissəsi təəssüflər olsun ki, kriminala qoşulubdur

Vizaliberallaşdırma ilə bağlı qanunvericilik dəyişikliklərinin prossesində, prosedurlar müəyyən dərəcədə sərtləşdirilməlidir, lakin eyni zamanda vətəndaşların şengen zonasında vizasız rejimdən istifadə imkanları məhdudlaşdırılmamalıdır. Bu barədə Xarici İşlər naziri müavini, Vaxtanq Maxaroblişvili NATO və Avropa İttifaqı haqqında informasiya mərkəzində vizasız gediş-gəliş haqqında informasiya kampaniyasının üçüncü dalğasının təqdimatına iştirak edərkən bəyan etdi.

Onun dediyinə görə, artıq həyata keçirilən informasiya kampaniyasının birinci iki dalğası əhalinin biliyinin artırılmasına yönəldilmişdi.

“Üçüncü dalğa sığınacaq sisteminin əsassız istifadəsi kontekstinə yönəldilmiş olacaq ki, ilk növbədə əsassız sığınacaq tələb etmə əhali və dövlət üçün nə ziyan verə bilər. Eyni zamanda kriminal çağırışa çevirilən mövzudur. Sığınacaq axtaran vətəndaşların bir hissəsi təəssüflər olsun ki, kriminala qoşulubdur”, – Maxaroblişvili bəyan etdi.

Xarici İşlər naziri müavininin bəyanatına görə, hökumət bir neçə istiqamət üzərə işləyir – informasiya kampaniyası və qanunvericilik dəyişiklikləri.

Onun dediyinə görə, gürcüstan hökuməti beynəlxalq partnyorları ilə əməkdaşlığı fəal davam etdirir ki, vizasız gediş-gəliş rejimi təhlükə qarşısında durmasın.