Vake parkında Xorava küçəsində qətlə yetirilənlərin ailələrinə həmrəylik aksiyası keçiriləcək
Vake parkında Xorava küçəsində qətlə yetirilənlərin ailələrinə həmrəylik aksiyası keçiriləcək

Vake parkında „აღდგეს სამართლიანობა პოლიტიკოსების გარეშე“  (ədalət siyasətçilərsiz bərpa olunsun) aksiyası keçiriləcək. Aksiya saat 15:00-da planlaşdırılıb və Xorava küçəsində qətlə yetirilən – Levan Dadunaşvili və David Saralidzenin ailələrinə həmrəylik əlaməti olaraq keçiriləcək

Bundan başqa, sosial şəbəkədə planlaşdırılmış aksiya ilə birlikdə, saat 15:00-da, Parlament önündə keçirilən aksiyadan ayrılan tələbələrin bir hissəsi də aksiya planlaşdırır.

Tələbələr rəmzi olaraq 51 saylı məktəbin önünə toplaşdılar. Onlar burada öz tələbləri barəsində danışdılar. Onlar bəyan edirlər ki, Zaza Saralidzeni dəstəkləyirlər, lakin siyasətçilərin cəhdlərindən ayrılırlar.

Tələbələr üçün aksiyada siyasətçilərin nitqlə çıxışı qəbuledilməzdir.

Aksiya Parlament önündə saat 18:00-da planlaşdırılıb. Siyasi partiyalar liderləri hakimiyyətə qarşı aksiyanı elan etdilər. Parlament qarşısında informasiya mitinqi keçiriləcək. Burada onlar fəaliyyət planı barəsində söhbət edəcəklər.