Ukraynada, Kuveytdə və Vatikanda Gürcüstanın yeni səfirləri var.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukraynaya səfir olaraq, Teymuraz Şaraşenidze, Kuveytə Konstantine Jğenti, Vatikana isə, Ketevan-Baqrationi Muxranbatoni təyin edildi.
Teymuraz Şaraşenidze 1996-cı ildən Gürcüstanın diplomatik xidmətində müxtəlif vəzifələrdə çalışıb. 2011-2018-ci illərdə Azərbaycan Respublikasında Gürcüstanın səfiri olub. O həmçinin, Levan Mikeladze adına diplomatik təhsil və tədqiqat mərkəzinin tədqiqatçısıdır.
Konstantine Jğentidə Gürcüstanın diplomatik xidmətində müxtəlif vəzifələrdə çalışıb. 1997-200-ci illərdə, Gürcüstanın İtaliyadaki səfiri olub. 2004-2005-ci ildə, Avstriya və Macarıstanda səfir olub. 2013-2018-ci illırdı Özbəkistanda Gürcüsatnın fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. O həmçinin, XİN-də, Avropa və Amerika ölkələri departamentinin direktoru olub. 2018-ci ildən bugünə qədər Levan Mikeladze adına diplomatik təhsil və tədqiqat mərkəzinin tədqiqatçısıdır.
Ketevan Bqrayioni Muxranbatoni isə, 2004-cü ildən 2-14-cü ilə qədər vatikanda səfir idi. 1995-ci ildə, ona fəxri Gürcüstan vətəndaşlığı verildi. 1991-2004-cü illərdə o “Müqəddəs Giorgi qalxanı” adına İtalyan-gürcü asosiyasiyasının prezidenti idi.