Ukrayna Xarici İşlər Nazirliyi - Ukrayna Rusiya tərəfindən işğal olunmuş Sxinvali bölgəsində keçirilən üzdəniraq seçkiləri qınayır və tanımır
Ukrayna Xarici İşlər Nazirliyi - Ukrayna Rusiya tərəfindən işğal olunmuş Sxinvali bölgəsində keçirilən üzdəniraq seçkiləri qınayır və tanımır

Ukrayna Rusiya tərəfindən işğal olunmuş Sxinvali bölgəsində keçirilən üzdəniraq parlament seçkilərini pisləyir və tanımır, – bu barədə Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda deyilir.

“Ukrayna hesab edir ki, bu addıç Rusiya və onun işğal rejiminin daha bir cəhdidir ki, Gürcüstanın bölgəsində vəziyyətin liqitimasiyasını həyata keçirsin. Ukrayna Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiq edir. Həmçinin Gürcütan hökuməti tərəfindən sülh addımlarının atılmasını dəstəkləyirik”, – Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi vebsəhifəsində yayılan bəyanatda deyilir.

İşğal olunmuş Sxinvalidə üzdəniraq parlament seçkiləri keçirilir.

Gürcüstan Xarici İşlər Nazirliyi, işğal olunmuş Sxinvali bölgəsində keçirilən qondarma parlament seçkilərinə əks səda verir.

Xarici İşlər Nazirliyində bəyan edirlər ki, işğal olunmuş ərazilərdə keçirilən istənilən üzdəniraq seçkilər qanunsuzdur və beynəlxalq hüququn fundamental normalarına və prinsiplərinə ziddir.