Türkiyənin dövlət sərhədində Gürcüstan vətəndaşları üçün qoyulan məhdudiyyətlər müvəqqəti olaraq, aradan qaldırıldı
Türkiyənin dövlət sərhədində Gürcüstan vətəndaşları üçün qoyulan məhdudiyyətlər müvəqqəti olaraq, aradan qaldırıldı

Gürcüstanın Daxili İşlər Naziri Giorgi Qaxaria və Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu arasında telefon söhbəti baş tutdu.

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, tərəflər razılaşdılar ki, Türkiyə-Gürcüstan sərhədində Gürcüstan vətəndaşları üçün qoyulan məhdudiyyətlər, tərəflər arasındaki məsləhətləşmələr başa çatana qədər, müvəqqəti olaraq, aradan qaldırılacaq.