Zurab Pataridze Türkiyə konsulu ilə yeni sərhəd requlyasiyaları haqqında söhbət etdi
Zurab Pataridze Türkiyə konsulu ilə yeni sərhəd requlyasiyaları haqqında söhbət etdi

Acara iqtidarının sədri Zurab Pataridze Batumi şəhərində Türkiyənin baş konsulu Makbule Koçak ilə yeni sərhəd requlyasiyaları haqqında söhbət etdi.

Regionun rəhbəri syeni sərhəd requlyasiyaları haqqında məlumatı bilavasitə baş konsuldan dinlədi.

Konsulun dediyinə görə, Türkiyə Respublikası qeyd olunan requlyasyaları, beynəlxalq standartlara müvafiq şəkildə, bütün digər qonşu ölkələri ilə sərhədində də tətbiq etdi.

Xatırladaq ki, Sarp gömrük mərkəzində etiraz aksiyası keçirilir.

Türkiyədə işləyən və hər gün sərhədi keçmək məcburiyyətində olan vətəndaşlar, yanvarın 1-dən Türkiyə iqtidarı tərəfindən tətbiq olunan yeni requlyasiyaların ləğv olunmasını tələb edirlər. Aksiya iştirakçıları Gürcüstan iqtidarından tələb edirlər ki, Türkiyə iqtidarından, Gürcüstan vətəndaşları üçün müəyyən güzəşt edilməsini xahiş etsinlər.

“Minlərlə insan çalışmaq üçün Türkiyəyə gedirik. Bu qədər işsiz insanı Gürcüstan qəbul edə bilməz. Heç olmasa bizə şərait yaransın ki, Türkiyəyə gedib-gələ bilək” – deyir aksiya iştirakçılarından biri.

Xatırladaq ki, Türkiyə Gürcüstan vətəndaşları üçün sərhədi keçmək requlyasiyalarına yeniliklər daxil etdi.

Dəyişiklikəər əsasən, 2018-ci ilin yanvar ayından Türkiyə sərhədini keçmək və ölkədə bir saat belə qalmaq bir təqvim günü hesab edilir.

Gürcüstan vətəndaşlarının Türkiyədə 180-günlük dövrdən, 90 gün qalmaq haqqı var. 90 gün keçdikdən sonra isə, onlara qalmaq izni verilir.