Vətəndaşlar Türkiyə-Gürcüstan sərhədində tətbiq edilən yeni requlyasiyalara etiraz edirlər
Sarp gömrük mərkəzində etiraz aksiyası keçirilir.
Türkiyədə işləyən və hər gün sərhədi keçmək məcburiyyətində olan vətəndaşlar, yanvarın 1-dən Türkiyə iqtidarı tərəfindən tətbiq olunan yeni requlyasiyaların ləğv olunmasını tələb edirlər.
Aksiya iştirakçıları Gürcüstan iqtidarından tələb edirlər ki, Türkiyə iqtidarından, Gürcüstan vətəndaşları üçün müəyyən güzəşt edilməsini xahiş etsinlər.
“Minlərlə insan çalışmaq üçün Türkiyəyə gedirik. Bu qədər işsiz insanı Gürcüstan qəbul edə bilməz. Heç olmasa bizə şərait yaransın ki, Türkiyəyə gedib-gələ bilək” – deyir aksiya iştirakçılarından biri.
Aksiya iştirakçılarının yanına Acara iqtidarının nümayəndələri getdilər. Onların bəyanatına görə, Türkiyə tərəfi ilə, məsələ ilə bağlı danışıqlar aparılır.
Xatırladaq ki, Türkiyə Gürcüstan vətəndaşları üçün sərhədi keçmək requlyasiyalarına yeniliklər daxil etdi.
Dəyişiklikəər əsasən. 2018-ci ilin yanvar ayından Türkiyə sərhədini keçmək və ölkədə bir saat belə qalmaq bir təqvim günü hesab edilir.
Gürcüstan vətəndaşlarının Türkiyədə 180-günlük dövrdən, 90 gün qalmaq haqqı var. 90 gün keçdikdən sonra isə, onlara qalmaq izni verilir.