Türkiyənin baş naziri - əgər Ermənistan düşman mövqeyini dəyişsə, biz oturub, təfərrüatları müzakirə edə bilərik
Türkiyənin baş naziri - əgər Ermənistan düşman mövqeyini dəyişsə, biz oturub, təfərrüatları müzakirə edə bilərik

“Əgər Ermənistan illər boyu Türkiyəyə qarşı olan düşman mövqeyini dəyişsə və Türkiyənin ərazi bütövlüyünü və sərhədlərini təhdid etməyi dayandırsa və münasibətləri yeni bir səhifədən başlamaq istəyirsə, biz oturub, təfərrüatları müzakirə edib, cavab addımlarını ata bilərik” – bu bəyanatı Türkiyənin baş-naziri Binəli Yıldırım verdi.

Türkiyənin dövlət başçısı həmçinin qeyd etdi ki, Ankara dostlarının sayını artırmaq və düşmanlarının sayını azaldmaq istəyir.

Türkiyə və Ermənistan arasındaki gərginlik 1915-ci ildə, Osmanlı imperiyası zamanı baş verən faciəli hadisələrlə bağlıdır.

Ermənistan Türkiyəyi etnik soyqırımda ittiham edir, Türkiyə isə, soyqırım ittihamlarını inkar edir və bəyan edir ki, faciəli hadisələr nəticəsində hər iki tərəf zərər gördü.