Ermənistanda koronavirusun 795 yeni halı aşkar edildi, 257 pasiyent müalicə olunaraq sağaldı
Ermənistanda son 24 saat ərzində koronavirusun 795 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan 257 pasiyent müalicə olunaraq sağaldı, on pasiyent vəfat etdi.