Ermənistanda koronavirusun 585 yeni halı aşkar edildi, 14 pasiyent vəfat etdi
Ermənistanda son 24 saat ərzində koronavirusun 585 yeni halı aşkar edildi, 212 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Ölkədə son bir gün ərzində koronavirusdan 14 pasiyent vəfat etdi.