Türkiyə "İslam Dövləti" qruplaşmasının yaxalanan döyüşçülərinin repatriasiyasına başladı
Türkiyə "İslam Dövləti" qruplaşmasının yaxalanan döyüşçülərinin repatriasiyasına başladı

Türkiyə “İslam Dövləti” terror qruplaşmasının yaxalanan döyüşçülərinin repatriasiyasına başladı. Bu barədə məlumatı “TRT” türk telekanalı yayır.

Hələlik Ankaranın nə qədər terrorçunun repatriasiyasını planlaşdırdığı məlum deyil. Keçən həftə Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, Türkiyə həbxanalarına “İslam Dövlətinin” 1201 üzvü yerləşdirilibdir.

Türk mediasının yaydığı məlumata görə, Ankara terror təşkilatının üzvlərini doğma vətəninə o təqdirdə də göndərəcək, əgər onların həmin ölkənin vətəndaşlığı əlindən alınıbsa da. Lakin məlum deyil, bu mümkündür ya yox.

Məlum olduğu kimi, “İslam Dövlətinin” xarici terrorçusunun bir neçə Avropa ölkəsi vətəndaşlığını ləğv etdi ki, gələcəkdə onların repatriasiyasını başından rədd etsin. Bənzər addımı Böyük Britaniya da atdı. Birləşmiş Krallıq Suriyada olan 100-ə qədər terroçunun vətəndaşlığını əlindən aldı.