Tereza Mey Giorgi Kvirikaşvili və gürcü xalqına baş sağlığı verir
Tereza Mey Giorgi Kvirikaşvili və gürcü xalqına baş sağlığı verir

Böyük Britaniyanın baş naziri Tereza Mey, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və gürcü xalqına, Batumidə baş verən faciəyətə görə, baş sağlığı verir.

“Batumidə , “Leogrand” mehmanxanasında baş vermiş yanğına görə kədərliyəm. Həlak olanların ailəsi və gürcü xalqına baş sağlığı verirəm”, – Britaniyanın baş naziri yazır.

Batumidə, baş vermiş yanğın nəticəsində həlak olanlara görə, 27 noyabr, Gürcüstanda matəm günüelan edildi.

Batumidə, “Leogrand” mehmanxanasında baş vermiş yanğın nəticəsində 10 Gürcüstan və bir İran vətəndaşı həlak oldu.

DİN-in məlumatına görə, 21 nəfərin hospitala yerləşdirilməsi lazım gəldi – onların heç birinin həyatına təhlükə yoxdur. Xəsarət alanlar arasında bir nəfər yanğınsöndürəndir.

Baş verən faktla bağlı istintaq, Gürcüstan CM-nin 243-cü maddəsinin 3-cü hissəsi ilə aparılır – yangın təhlükəsizliyi qaydalarının pozulması.

Mehmanxanada yanğın, noyabrın 24-də, təxminən saat 21:00-da əmələ gəldi.