Batumidə yanğın
Batumidə yanğın

Batumidə, “Leogrand” mehmanxanasında baş vermiş yanğın nəticəsində 10 Gürcüstan və bir İran vətəndaşı həlak oldu.

DİN-in məlumatına görə, 21 nəfərin hospitala yerləşdirilməsi lazım gəldi – onların heç birinin həyatına təhlükə yoxdur. Xəsarət alanlar arasında bir nəfər yanğınsöndürəndir.

Baş verən faktla bağlı istintaq, Gürcüstan CM-nin 243-cü maddəsinin 3-cü hissəsi ilə aparılır – yangın təhlükəsizliyi qaydalarının pozulması.

Mehmanxanada yanğın, noyabrın 24-də, təxminən saat 21:00-da əmələ gəldi.

Batumidə vətəndaşlar üçün qaynar xətt fəaliyyət göstərir: 595 950 925.