Britaniya medyası - Britaniya Suriyəyə hücum etməyə hazırdır
Britaniya medyası - Britaniya Suriyəyə hücum etməyə hazırdır

Britaniya medyasının məlumatına görə, Birləşmiş Krallığın iqtidarı Suriyəyə hücum etməyə hazırlaşır.

“Teleqram”-ın məlumatına görə, baş nazir Tereza Mey aprelin 12-də əmr verdi ki, Britaniyanın su altı gəmiləri Suriyəyə doğru raket zərbələri gerçəkləşdirmək üçün gərəkən məsafəyə yaxınlaşsınlar.

Həmin mənbəyə əsasən, raket zərbəsi, bu axşam həyata keçirilə bilər.

“Taims” yazır ki, Kiprda dislokasiya olunan Britaniya avia-yoxediciləri tam hazır vəziyyətdədirlər.

Anonim mənbənin məlumatına görə isə, hazırda adada yerləşən aviasiya bazasında 8 Britaniya avia-yoxedicisi səfərbər olunub.

BBC teleşirkətinin məlumatına görə, Tereza Mey Suriyəyə hərbi zərbənin həyata keçirilməsi haqqında qərarı bugün fövqəladə hökümət iclasında verəcək.