Telavi Xəstəxanasından Qombori yol qəzası nəticəsində xəsarət alanların hamısını evə buraxdılar
Telavi Xəstəxanasından Qombori yol qəzası nəticəsində xəsarət alanların hamısını evə buraxdılar

Telavi Referal Xəstəxanasından Qombori yol qəzası nəticəsində xəsarət alanların hamısını evə buraxdılar.

Bu barədə Birinci Kanala təxirə salınmaz tibb müəsisəsi xidmətinin rəisi, Maya İmerlişvili bəyan etdi.

“Hazırda xəstəxanada yol qəzası nəticəsində xəsarət alanlar yoxdular. İki nəfər müvafiq prodilli klinikaya keçirilib, geridə qalanları evə buraxdıq”, – Maya İmerlişvili bəyan etdi.

Qomboridə dünən baş verən yol qəzası nəticəsində dörd nəfər həlak oldu və 21 nəfər xəsarət aldı. Həlak olanlar arasında biri həddi büluğa çatmayandır.

İstintaqın ilk versiyasına görə, Qomboridə marşrut taksisi sürücüsü idarəni itirərək yoldan çıxdı və dərəyə aşdı. Mikroavtobusda ekskursiyaya gedən uşaqlar, pedaqoqlar və valideynlər var idilər.

Mikroavtobus sürücüsü yaxalanıb. Baş verənlər üzrə istintaq GCM-nin 276-cı maddəsinin 7-ci maddəsi ilə aparılır.