Qomboridə yol qəzası nəticəsində xəsarət alanlardan Telavi xəstəxanasında səkkiz pasient qalmaqdadır
Qomboridə yol qəzası nəticəsində xəsarət alanlardan Telavi xəstəxanasında səkkiz pasient qalmaqdadır

Qomboridə baş verən yol qəzası nəticəsində xəsarət alanlardan, Telavi Referal Xəstəxanasında səkkiz pasient qalmaqdadır. Bu barədə Birinci Kanala xəstəxananın direktoru, Xatuna Çonişvili bəyan etdi. Onun dediyinə görə, dünən gecə və bu gün Tbilisiyə cəmi dörd yeniyetmənin keçirilməsi baş verdi. O cümlədən, yol qəzası nəicəsində anası və nənəsi həlak olan uşaqların.

Çonişvilinin məlumatına görə, dünən əməliyyat edilən qız xəstəxanada qalmaqdadır. Onun sağlamlıq durumu sabitdir. Yeddi pasienti Telavi Referal Xəstəxanasından güman edildiyinə görə, bu gün evə buraxacaqlar.

Qomboridə dünən baş verən yol qəzası nəticəsində dörd nəfər həlak oldu və 21 nəfər xəsarət aldı. Həlak olanlar arasında biri həddi büluğa çatmayandır.

İstintaqın ilk versiyasına görə, Qomboridə marşrut taksisi sürücüsü idarəni itirərək yoldan çıxdı və dərəyə aşdı. Mikroavtobusda ekskursiyaya gedən uşaqlar, pedaqoqlar və valideynlər var idilər.

Mikroavtobus sürücüsü yaxalanıb. Baş verənlər üzrə istintaq GCM-nin 276-cı maddəsinin 7-ci maddəsi ilə aparılır.