Saqareco, Qurcaani, Axmeta və Telavi İctimai Sağlamlıq Mərkəzləri "astrazeneka" vaksinin 1900 dozasını aldılar
Saqareco, Qurcaani, Axmeta və Telavi İctimai Sağlamlıq Mərkəzləri "astrazeneka" vaksinin 1900 dozasını aldılar

Saqareco, Qurcaani, Axmeta və Telavi İctimai Sağlamlıq Mərkəzləri “astrazeneka” vaksinin 1900 dozasını artıq aldılar.

Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Kaxeti bölməsinin rəhbəri, Neli Xizanişvilinin məlumatına görə, vaksinasiya üçün xüsusi mərkəzlər yaradılıb.

“Kaxetidə kornavirus üzrə vaksinasiya üçün 13 müəssisə qeydiyyatdan keçib. Buradan dördü Telavidə, üçü Saqarecoda, geridə qalan rayonlarda isə, bir-bir. İlk növbədə tibb sahəsi işçiləri, sonra isə, qocalar evi benefisiyarları, onlara baxanlar və 75 yaşından yuxarı olan insanlar peyvənd ediləcəklər”, – Xizanişvili bəyan etdi.

Telavidə vaksinasiya 15 martdan Telavi Referal Xəstəxanasında, 17 martdan isə, başqa munisipalitetlərdə başlayacaq.