Tbilisinin mer namizədləri öz seçimlərini etdilər (Video)

“İlk növbədə səsimi inanca verdim ki, biz şəhərimizi özümüz daha gözəl, daha ədalətli, insanlara orientləşdirilmiş edə bilərik və düşünürəm ki, bu belə də olacaq. Böyük həyəcanla gözləyirəm ki, bu mandatı alacam və işimə başlayacam”- bu bəyanatı öz səsini verərkən “Avropa Gürcüstanı”-nın Tbilisi meri namizədi Elene Xoştaria verdi.

Öz seçimini səhər saat 10-da Didubenin 28-ci seçki məntəqəsində “Vahid Milli Hərəkat” partiyasının Tbilisi meri namizədi etdi. Zaal Udumaşvili səs verdikdən sonra bəyan etdi ki, səsini müvəffəqiyyətli Tbilisiyə verdi. O hər bir vətəndaşa seçkilərə gəlib, öz fikrini bildirməyə çağırdı.

Namizədlərin hansı ardıcıllıqda yığılacaqlarına paytaxt əhalisi qərar verəcək – bu bəyanatı Gürcü Arzusu – Demokratik Gürcüstanın Tbilisi meri namizədi səs verdikdən sonra verdi. Kaxa Kaladze öz seçimini Sairme küçəsində qurulan 64-cü seçki məntəqəsində etdi.

“Yeni Gürcüstan” birliyinin Tbilisi meri namizədi, Giorgi Vaşadze Vakenin 4-cü seçki məntəqəsinə ailəsi ilə bərabər getdi. O jurnalistlərə bəyan etdi ki, çox az fəallığa görə narahat olur. Mer namizədi əhaliyi daha fəal olmağa çağırdı. Giorgi Vaşadzenin bülletinini seçki qutusuna onun qızı atdı.

Vakenin 24-cü seçki məntəqəsinə Demokratik hərəkat Azad Gürcüstanın mer namizədi getdi. Kaxa Kukava bəyan etdi ki, səsini dəyişikliklərə verdi və vətəndaşları fəal olmağa çağırdı.

İsani rayonunun 10-cu məntəqəsində öz seçimini “Şenebis Modzraobanın”  Tbilisi mer namizədi etdi. Tenqiz Şergelaşvili seçki məntəqəsinə tək getdi. Səs verdikdən sonra o bəyan etdi ki, səsini daha yaxşı Tbilisiyə verdi.

Saburtalonun 45-ci seçki məntəqəsinə ailə üzvləri ilə bərabər Tbilisi merliyinə müstəqil namizəd də getdi. Seçimini etdikdən sonra, Aleksandre Elisaşvili bəyan etdi ki, səsini dəyişikliklərə və daha yaxşı Tbilisiyə verdi.

Muxianidə yerləşən 92-ci seçki məntəqəsinə öz uşaqları ilə bərabər Leyborist partiyasının mer namizədi getdi. Giorgi Quqava jurnalistlərlə söhbət zamanı bəyan etdi ki, səsini elə namizədə verdi, hansı ki, sosiyal ədaləti təmin edə biləcək və insanların problemlərini paylaşa biləcək.

“Bugün görmək istəyirəm ki, xalq səsini sadistlərə və işkəncəçilərə deyil, ölkənin həqiqi patriotlarına verir. Gürcüstanın inkişafı və tərəqqisinə verir. Səs verdim ki, Gürcüstanda azad, demokratik seçkilər keçirilsin və seçkilərədn sonra suallar qalmasın” – bu bəyanatı seçkilərdə öz səsini qey edərkən, “Gürcüstanın vətənpərvərlər alyansının” Tbilisi mer namizədi İrma İnaşvili verdi.