Tbilisinin İnfeksiya Xəstəxanasında olan 20 pasientdən birinin vəziyyəti ağırdır, dörd nəfərin pnevmoniyası var, digərlərinin xəstəliyi isə, yüngül keçir
Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaianın verdiyi məlumata görə, koronavirusa yoluxan pasientlərin sağlamlıq vəziyyəti stabildir.
Marina Ezuqbaianın dediyinə görə, İnfeksiya xəstəxanasında, bu vaxt üçün 41 nəfər qalır.
“Dünən 29 pasientin müayinəsi iki mərhələ şəklində keçirildi, 28-ndən mənfi cavab aldıq, birindən isə, müsbət. Bu gün səhər altı pasientin test nəticələrini alacağıq. Hazırda klinikamızda koronavirus təşisi olan 20 pasient var. Pasientlərimizdən birinin vəziyyəti ağırdır. Dörd nəfərin pnevmoniyası var, digərlərinin xəstəliyi isə, yüngül keçir” – dedi Marina Ezuqbaia.
Koronavirusla xəstələnən uşağın vəziyyətinə gəlincə isə, Ezuqbaia deyir ki, koronavirus uşaqlarda yüngül keçir və uşağın vəziyyəti yaxşıdır.