Koronavirusun yeni hallarından ikisi Lenceri ilə əlaqədardır, doqquzu təsdiq olunmuş ilə kontaktdır, ikisi xaricdən daxil ediləndir, ikisi üzrə isə, tədqiqat aparılır

12:43, 16.08.2020

Koronavirusun yeni hallarından ikisi Lenceri ilə əlaqədardır, doqquzu təsdiq olunmuş ilə kontakydır, ikisi xaricdən daxil ediləndir, ikisi üzrə isə, tədqiqat aparılır, – bu barədə Gürcüstanın Birinci Kanalına İnfeksiya Xəstəxanasında bəyan etdilər.

“Koronavirusa yoluxanların sayı 15-i təşkil edir. Buradan ikisi Lenceri kəndi ilə əlaqədardır, doqquzu təsdiq olunmuş ilə kontaktdır, ikisi xaricdən daxil ediləndir, ikisi üzrə isə, tədqiqat aparılır”, – İnfeksiya Xəstəxanasında bəyan edirlər.

Gürcüstanda bu vaxt üçün koronavirusun 1 336  halı təsdiq olunub. Buradan 1 088 vətəndaş sağalıb. Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib. Gürcüstanda koronavirus ilə 17 pasiyent vəfat edib. Karantin rejimində 7 597 vətəndaş, stasionarda müşahində altında 249 vətəndaşdır.

Oxşar