Gürcüstanda koronavirusun yeni hallarından 416 Acarada, 72 Tbilisidə, 44 hal isə, İmereti ilə bağlıdır
Gürcüstanda koronavirusun yeni hallarından 416 Acarada, 72 Tbilisidə, 44 hal isə, İmereti ilə bağlıdır

Tbilisi İnfeksiya Xəstəxanasının bokslaşdırlmış şöbəsinin rəhbəri, Marina Endeladzenin bəyan etdiyinə görə, Gürcüstanda son 24 saat ərzində aşkar edilən koronavirusun yeni 578 halından 416 Acarada, 72 Tbilisidə, 44 hal isə, İmereti ilə bağlıdır.

Geridə qalan hallar başqa bölgələrə aiddir.

“Son bir gün ərzində 578 yeni hal qeydə alındı, 375 pasiyent müalicə olunaraq sağaldı. Acarada 416, Tbilisidə 72, İmeretidə 44, Sameqrelo-Zemo Svanetidə 23, Kvemo Kartlidə 10, Quriyada səkkiz, Samtsxe-Cavaxetidə üç, Kaxetidə bir, Şida Kartlidə bir hal qeydə alındı”, – Marina Endeladze bəyan etdi.

Elə onun açıqlamasına görə, koronavirusa yoluxmuş müalicə mərhələsində olan 4 077 pasiyentdən 45-nin vəziyyəti kritikdir, buradan 43 pasiyent süni tənəffüs aparatına qoşulub. Marina Edeladzenin məlumatına görə, süni tənəffüs aparatına qoşulan pasiyentlərdən doqquzu işğal olunmuş Abxaziya ərazisindəndir.