Tbilisidə 158 uşaq bağçasının davamlılığına ekspertiza keçirilir
Tbilisidə 158 uşaq bağçasının davamlılığına ekspertiza keçirilir

Tbilisinin uşaq bağçalarında konstruksiya davamlılığı monitorinqi prossesi permanent olaraq həyata keçirilir,  bu barədə Tbilisi Uşaq Bağçaları Agentliyinin rəhbəri bəyan etdi.

Kaxa Qvantseladzenin bəyan etdiyinə görə, Tbilisi Uşaq Bağçaları Agentliyi 6 uşaq bağçası barəsində Levan Samxarauli Ekspertizasının Milli Bürosunun qərarını qəbul etdi. Qərara əsasən buradan üç uşaq bağçasında fəaliyyətin davam etdirilməsi bu mərhələdə mümkün deyil.

“Prosses davam edəcək. Tərbiyə prossesi artıq bazar ertəsində bərpa olacaq və uşaqlar həmin rayonda, yaxınlıqda olan uşaq bağçalarına bölüşdürüləcəklər. 158 uşaq bağçası barəsində müvafiq nəticələr tələb etdik və yaxın gələcəkdə cavablar olacaqdır. Bundan irəli gələrək, bu barədə məlumatı sonralar çatdıracağıq”, – Qvantseladze bəyane etdi.

Tbilisinin N19, N84 və N125 uşaq bağçalarında tərbiyə prossesi səhər dayandırıldı.