Tbilisi və bölgələrdə polis nəzarəti həyata keçirilir
Tbilisi və bölgələrdə polis nəzarəti həyata keçirilir

Daxili İşlər Nazirliyinin məlumatına, Tbilisi və bölgələrdə polis nəzarəti həyata keçirilir. İdarədə bəyan edirlər ki, bunun məqsədi prevensiyadır.

DİN-in məlumatına görə, polis nəzarəti əksər hallarda səthi yoxlamanı nəzərdə tutur.

“Polis haqqında Gürcüstan qanununun 24-cü maddəsinə əsasən, Daxili İşlər Nazirliyi cinayətin qarşısının alınması məqsədi ilə Gürcüstanın bütün bölgələrində, o cümlədən Tbilisidə polis nəzarətinin həyata keçirməsinə başladı.

Bu mərhələdə, narkotiklərin qeyri qanuni əldə olunması-saxlanılması ittihamı ilə 6 nəfər, həmçinin 2 axtarıçda olan şəxs yaxalanaıb. Müxtəlif növlü narkotik vasitələri çıxarılıb. Könüllü olaraq odlu silah, 12 əlqumbarası, 12 kapsul-detomator və 1124 döyüş gülləsi təhvil verilib. 17 qeyri qanuni soyuq silah gəzdirmə faktı aşkar edilib.

Polis nəzarəti əksər hallarda səthi yoxlamanı nəzərdə tutur və ictimaiyyətin təhlükəsizliyinin və qayda qanunların müdafiəsinə xidmət edir”, – Daxili İşlər Nazirliyinində bəyan edirlər.

Bununla yanaşı, Daxili İşlər Nazirliyinin məlumatına görə, Gürcüstan miqyası ilə xüsusi operativ əməliyyatları həyata keçirilir.

Cari ilin dekabrın 22-də, səhər saat 08:00-dan, məhkəmənin müvafiq hökmü əsasında, Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Departamentinin və ərazı bölmələri əməkdaşları, cinayətin qarşısının alınması məqsədi ilə, Gürcüstanın müxtəlif bölgələrində keçirilən operativ-istintaq tədbirləri nəticəsində 10 nəfəri yaxaladı. Burad 6-sı əvvələr mühakimə olumuşdur.

Yaxalananların yaşayış evində axtarış zamanı böyük miqdarda odlu silah və döyüş əməliyyatı aşkar olundu: 1 avtomat, 6 pistolet, 7 ovçu tüfəngi, 3 vintovka, 2 kəsilmiş ovçu tüfəngi, 1 sayqa tipli odlu silah, 2 əlqumbarası, trotil, 1 alovnanan naqil, 1 desant bıçağı və 1095 müxtəlif kalibrli döyüş sursatı, həmçinin narkotik vasitələri, 7 bağlama heroin, dörd qrama qədər açılmış maye çıxarıldı”, – Daxili İşlər Nazirliyinində bəyan edirlər.

 

Şərh yaz