DİN-in məlumatına görə, Batumidə gecə etiraz yürüşünün 11 iştirakçısını inzibati qayda ilə yaxaladılar
DİN-in məlumatına görə, Batumidə gecə etiraz yürüşünün 11 iştirakçısını inzibati qayda ilə yaxaladılar

Daxili İşlər Nazirliyinin məlumatına görə, Batumidə gecə etiraz yürüşünün 11 iştirakçısını yaxaladılar. Yaxalama İnzibatı Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə baş verdi. Maddə, polis işçisinin qanuni tələbinə itaətsizliyi nəzərdə tutur.

Aksiya iştirakçılarının bəyan etdiyinə görə, yaxalanan 11 nəfərdən ikisini, o cümlədən “Alternatiova” təşkilatının rəhbəri, Xatuna Beridzeni qəbz əsasında tezliklə azad etdilər. Onların hamısını hərəkət etməyə qoyulan məhdudiyyətlərin pozulmasına görə cərimələdilər.

Gecə “Milli Hərəkatın” tərəfdarları qoyulan məhdudiyyətləri Tbilisiyə paralel olaraq Batumidə də, yürüşlə pozdular. Yürüş polislə söz və fiziki qarşıdurmaya qədər artdı və yaxalama ilə nəticələndi.