Batumidə baş verən insident ilə bağlı yaxalanan İrakli Panqaninin vəkili ziyarət etdi
Batumidə baş verən insident ilə bağlı yaxalanan İrakli Panqaninin vəkili ziyarət etdi

Ali Şura deputatı, İrakli Çavleişvilini təhqir etmə, təqib və xuliqanlıq maddələri ilə yaxalanan İrakli Panqaninin vəkili, Malxaz Zoidze ziyarət etdi.

Onun bəyan etdiyinə görə, İrakli Panqaniyə hələlik ittiham irəli sürülməyib və qətimkan tədbiri barəsində məhkəmə müzakirəsi güman edildiyinə görə, sabah keçiriləcək.

“Yaxalananla görüşdüm, susmaq hüququndan istifadə edir. Ona qarşı ittiham irəli sürülməb. İş materiallarını ittihamın irəli sürülməsindən sonra götürəcəm və müvafiq strategiyam da olacaq. Hökm əsasında yaxalama xuliqanlıq və təqib maddələri ilə baş verdi. İttihamın dəyişməsi mümkündür. Məhkəmə qətimkan təbiri barəsində güman edildiyinə görə, sabah müzakirə aparacaq”, – Malxaz Zoidze bəyan etdi.

Vəkil hesab edir ki, deputata zibilin atılması ilə bağlı Panqaninin hərəkəti arzuolunmazdır, halbuki ifadə azadlğı çərçivəsinə oturur. Malxaz Zoidze ümudvardır ki, İrakli Panqani inzibati cərimə ilə azad olunacaq.

İrakli Panqanini Batumidə, Avropa Meydanında Ali Şura deputatı, İrakli Çavleişvilini təhqir etmə faktı üzrə dünən yaxaladılar. İstintaq təqib və xuliqanlıq maddələri ilə aparılır.

Batumidə, 23 yanvarda etiraz aksiyasında “Milli Hərəkatın” üzvləri Acara Ali Şurasının deputatı, İrakli Çavleişvilinin başına zibil qutusundan tullantılar atdılar.