Tədqiqata əsasən, Gürcüstan əhalisinin Avropa İttifaqına dəstəyinin artması müşahidə olunur
Tədqiqata əsasən, Gürcüstan əhalisinin Avropa İttifaqına dəstəyinin artması müşahidə olunur

Gürcüstan əhalisi tərəfindən Avropa İttifaqına qarşı dəstəyinin artma tendensiyası müşahidə olunur.

Bu barədə məlumat Avropa İttifaqı tərəfindən Şərq Partnyorluğu ölkələrində keçirilən ictimai fikirin öyrənilməsi məqsədi ilə keçirilən sorğu-tədqiqatda nəticələrində göstərilir.

Avropa İttifaqının nümayəndələrinin məlumatına görə, 2017-ci ilin mart ayından may ayına qədər Gürcüstanda 1000-dən artıq insan sorğulandı və nəticədə alınan cavablar belədir:

Əhali tərəfindən dəstəyin göstəriciləri 6%-lə artıb və Şərq Partnyorluğu ölkələrində ən yüksək göstəricidir.

Gürcüstan əhalisinin 83% hesab edir ki, Gürcüstanın Avropa İttifaqı ilə yaxşı münasibətləri var – bu göstərici keçən il ki ilə müqayisədə artdı. Gürcüstan vətəndaşlarının 66% Avropa İttifaqına inanır.

Gürcüstan vətəndaşlarının yarısından çoxu (58%) Avropa İttifaqından gələn maddi yardım haqqında xəbərdardır vı əhalinin 1/2 hesab edir ki, bu yardın effektivdir.

Gürcüstandan  başqa, Avropa İttifaqı ictimai sorğuyu Azərbaycanda, Ermənistanda, Belarusda və Moldovada keçirdi.