Suriyada vurulmuş “Su-25” hərbi təyyarəsinin həlak olmuş pilotuna Rusiyanın Milli Qəhramanı mükafatı veriləcək
Suriyada vurulmuş “Su-25” hərbi təyyarəsinin həlak olmuş pilotuna Rusiyanın Milli Qəhramanı mükafatı veriləcək

Rusiya Müdafiə Nazirliyinin Suriyada vurulmuş “Su-25” hərbi təyyarəsinin həlak olmuş pilotunu kimliyini açıqladı. Pilot Roman Filipova Rusiyanın Milli Qəhramanı mükafatı veriləcək

Məlumata görə, Filipova ölümündən sonra “Rusiya qəhrəmanı” adı veriləcək.

Təyyarənin vurulmasından sonra yerə paraşütlə enən pilot “Nüsrə cəbhəsi” terror qruplaşmasının yaraqlıları ilə sonadək döyüşüb. O, terrorçulara əsir düşməmək üçün özünü partladıb.

Qeyd edək ki, şənbə günü Suriyanın İdlib şəhəri yaxınlığında Rusiyaya məxsus olan “Su-25 hərbi təyyarəsi vurulub.