Suriyada koronavirus ilə ölümün ilk halı qeydə alındı
Suriyada koronavirus ilə ölümün ilk halı qeydə alındı

Suriyada koronavirus ilə ölümün ilk halı qeydə alındı. Bu barədə məlumatı “SANA” Suriya dövlət agentliyi yayır.

Mediavasitəsinin məlumatına görə, həlak olan qadındır. Onu xəstəxanaya təcili tibbi yardım maşını ilə apardılar. Analiz nəticəsində qadında koronavirus təsdiq olundu.

Bununla yanaşı, Suriyada koronavirusa yoluxmanın dörd yeni halı aşkar edildi. Ümumilikdə ölkədə virusa yoluxanların sayı doqquzudur.