Sozar Subari - Arçil Tatunaşvilinin ölümü bütün dünyaya bir daha işğalçının qeyri-insani üzünü göstərdi
Sozar Subari - Arçil Tatunaşvilinin ölümü bütün dünyaya bir daha işğalçının qeyri-insani üzünü göstərdi

Arçil Tatunaşvili bütün həyatını vətəninə xidmət edən və vətəninə görə həyatını qurban verən insan idi, – bu barədə Sozar Subari Muxatqverdi Qardaşlıq Qəbirsanlığında bəyan etdi.

Burada vəfat edənin ailə üzvləri və siyasətçilər onun ölümünün 40-cı günü ilə əlaqədar toplaşmışdılar.

Sozar Subarinin bəyan etdiyinə görə, Arçil Tatunaşvilinin ölümü bütün dünyaya bir daha işğalçının qeyri-insani üzünü göstərdi.

Arçil Tatunaşvilinin cəsədini işğal olunmuş Sxinvalidən martın 20-də uğratdılar.

Cəsədə ekspertizanı Samxarauli adina Milli Ekspertiza Bürosu keçirdi. Ekspertizanın nəticəsi hələlik məlum deyil.

Arçil Tatunaşvilinin işini Gürcüstan Daxili İşlər Nazirliyi Gürcüstan Cinayət Məcəlləsinin 108-ci və 143-cü maddələr ilə araşdırır.

Arçil Tatunaşvilinin bu gün 35 yaşı tamam olacaqdı.