Qubernatorlara baş nazir tərəfindən sərt tapşırıq verildi ki, hər gün xalqla görüşsünlər
Qubernatorlara baş nazir tərəfindən sərt tapşırıq verildi ki, hər gün xalqla görüşsünlər

Gürcüstanın baş nazirinin müşaviri Sozar Subari bəyan edir ki, Qubernatorlar baş nazirdən sərt tapşırıq aldılar ki, hər gün xalqla görüşsünlər.

Bu barədə bəyanatı Subari İnformasiya Azadlığının İnkişaf İnstitutu (IDFI) tərəfindən 2017-2018-ci illərdə qubernatorların administrasiyalarının avtoparkı və yanacaq xərcləri haqqında söhbət edərkən verdi.

Sozar Subarinin dediyinə görə, gündə 150 kilometrlik yol getdərək, 25 litr benzin xərcləmək qubernator maşını üçün normaldır və onunla bağlı xərclər də çox deyil.

“Qubernatorların hamısına sərt tapşırıq verildi ki, hər gün munisipalitetlərə, kəndlərə gedib, xalqla, əhali ilə görüşsünlər və möcud problemlər haqqında yerində öyrənsinlər” – dedi Sozar Subari.