Zuqdidi-Cvari-Mestiya istiqamətində, Xaişi hissəsində hərəkət bərpa olundu
Zuqdidi-Cvari-Mestiya istiqamətində, Xaişi hissəsində hərəkət bərpa olundu

Zuqdidi-Cvari-Mestiya istiqamətində, Xaişi hissəsində hərəkət bərpa olundu. Yolun açılması qərarını yerli əhali üç saatlıq görüşdən sonra qəbul etdi. Görüşdə Sozar Subari, Aleksandre Xocevanişvili, Merab Malaniya və Nikoloz Diasamidze iştirak edirdilər.

Hadisə yerindən Birinci Kanalın jurnalistinin bəyan etdiyinə görə, aksiya iştirakçılarının bir hissəsi artıq Xaişi mərkəzini tərk etdi.

Əhali ilə görüşdən sonra, danışıqların nəticəsi barasində Sozar Subari Birinci Kanalın birbaşa efirində söhbət etdi.

“Yol açıldı, bu dəqiqə üçün güman ki, yenilik budur. Durum bütün gün ərzində gərginli idi. Demək istəyərdim ki, əksər hallarda əhalinin bir hissəsi qanun çərivəsini keçirdi, halbuki bütövlükdə qərar qəbul etdik ki, danışıqları davam etdirək. Çox yaxşı bilirəm ki, qanunsuz fəaliyyətə yol verilməməlidir, lakin əksər hallarda hakimiyyət tərəfindən də bu addımın atılması mümkün olmadı ki, bu fəaliyyət qanun çərçivəsinə yetirilsin. Razılıq bu cürdür – yol açıldı, maşınlar tərpəndi və müvafiq olaraq xüsusi dəstə ərazini tərk etdi”, – Sozar Subari bəyan etdi.

Gürcüstan hökuməti administrasiyasının bölgə inkişaf xidmətinin dediyinə görə, o, Xaişidə qalır və sabah da əhali ilə görüşəck və danışıqlar aparacaq.

DİN Baş Müfəttişliyin rəsidi, Aleksandre Xocevanişvilinin bəyan etdiyinə görə, o, yerli əhali ilə danışıqlarda qismən iştirak edirdi, lakin elə onun dediyinə görə, danışıqların nəticəsi gözlər önündədir, çünki yol açıldı.