Şota Xabareli - Dzyudo Federasiyasının bu günki qurultayı təxirə salınmalıdır

Gürcüstanın Mədəniyyət və İdman naziri Mixeil Giorqadze Olimpiya Komitəsinin prezidenti Leri Xabelov, Parlamentin İdman Komitəsinin sədri Mixeil Ğavelaşvili, həmçinin İdman Komitəsinin üzvü Şota Xabareli ilə görüşür. Görüş Mədəniyyət və İdman Nazirliyində keçirilir.

Görüşdən sonra, Mixeil Giorqadze rəsmi bəyanat verəcək.

Görüş başlamamışdan əvvəl, İdman Komitəsinin üzvü Şota Xabarelinin bəyan etdiyinə görə, onun fikirincə, Dzyudo Federasiyasının bu günki qurultayı təxirə salınmalıdır.

“Düşünürəm Dzyudo Federasiyasının bu günki qurultayı təxirə salınmalıdır. Çünki bir neçə detal mövcuddur ki, onun öyrənilməısi lazımdır. Bu gün qurultayın keçirilməsi bir şey verməyəcək”, – Şota Xabareli bəyan etdi.

Gürcüstan Dzyudo Federasiyasının növbədənkənar qurultayı bu gün, saat 12:00-da “Redisson” mehmanxanasında keçiriləcək.

Dzyudoçular David Kevxişvilinin istefasını istefasını bir neçə gün bundan əvvəl tələb etdilər və bu tələblə etiraz aksiyası keçirdilər.

Dzyudo Federasiyasının prezidenti David Kevxişvili bəyan etdi ki, vəzifəsini tərk etməyi planlaşdırmır.

Avropa Çempionatında qeydə alınan acınacaqlı nəticələrdən sonra, Gürcüstan Dzyudoçular Milli Komandasının məşqçilər qərargahı tam tərkibi ilə aprelin 30-da istefa verdi.