Sergey Lavrovla görüşə qədər Yens Stoltenberq Gürcüstan və Ukraynada Rusiyanın hərbi müdaxiləsinə görə, narahatçılığını bildirdi
Sergey Lavrovla görüşə qədər Yens Stoltenberq Gürcüstan və Ukraynada Rusiyanın hərbi müdaxiləsinə görə, narahatçılığını bildirdi

NATO-nun baş katibi Yens Stoltenberq Associated Press agentliyi ilə müsahibə zamanı Gürcüstan və Ukraynaya Rusiyanın hərbi müdaxiləsinə görə, öz narahatçılığını bildirdi.

Bununla yanaşı, Stoltenberq Aralıq Dənizinin şərq hissəsində Rusiyanın dəniz qüvvələrinin gücləndirilməsinə görə də narahat olduğunu bildirdi.

Eyni zamanda, alyansın baş katibi qeyd edir ki, Rusiya ilə daha konstruktiv münasibətlər qurmaq istəyir.

Stoltenberq hesab edir ki, NATO və Rusiya arasında komunikasiyaların düzəldilməsi aradaki gərginliyin azaldılmasına yol açacaq.

Ukraynanın Avro-atlantik kursu haqqında sualı cavablandırarkən, alyansın baş katibi bəyan etdi ki, Kiyevin alyansa qəbul edilməsi üçün NATO-nun Rusiyadan izin almasına gərək yoxdur.

“Ancaq Ukraynanın özü öz yolunu seçə bilər və alyansa daxil olmağa hazır olub-olmadığına qərar verə bilər” – dedi Stoltenberq.

Baş katibin dediyinə görə, o Rusiya ilə “Soyuq savaşdan” baş qaçırdmaq istəyir və bununla bağlı Sergey Lavrovla da danışdı.