Rusiya Xarici İşlər nazirinin bəyan etdiyinə görə, Türkiyə Ermənistan və Azərbaycan arasında nail olunan müvəqqəti atəşkəs razılaşmasını dəstəkləyir
Rusiya Xarici İşlər nazirinin bəyan etdiyinə görə, Türkiyə Ermənistan və Azərbaycan arasında nail olunan müvəqqəti atəşkəs razılaşmasını dəstəkləyir

Rusiya Xarici İşlər nazirinin bəyan etdiyinə görə, Türkiyə Ermənistan və Azərbaycan arasında nail olunan müvəqqəti atəşkəs razılaşmasını dəstəkləyir. Sergey Lavrov bu barədə Ermənistan Xarici İşlər naziri ilə görüşünün başa çatmasından sonra bəyan etdi.

“Türkiyə Xarici İşlər naziri, Mövlud Çavuşoğlu ilə bir neçə dəfə danışdım. Türkiyə nail olunan razılaşmanı dəstəkləyir”, – Sergey Lavrov qeyd etdi.

Rusiya Xarici İşlər naziri, danışıqlar prosesinə Türkiyənin mümkün qoşulması ilə bağı şərh verdi. Sergey Lavrovun dediyinə görə, formatın dəyişdirilməsi müzakirə olunmur.

“Formatın dəyişikliklərinə gəldikdə, birgə bəyanatda təsdiq olunubdur ki, formatın dəyişdirilməsi planlaşdırılmır. ATƏT-in Minsk qrupu kifayət qədər çox üzvlü qrupdur. Danışıqların aparılmasına səlahiyyət üç ölkəyə, Rusiya, Amerika və Fransaya verilib”, – Sergey Lavrov bəyan etdi.